Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rəşid Mahmudova ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm

Baxılıb: 856     Tarix: 02-05-2019 11:09   
     Tərəqqidə öz ixtisasını praktik bilikləri ilə insanların şəfasına sağlamlığına həsr edən peşəkar həkimlərin rolu əvəzsizdir. Samir Hacıbabayev həm bir nüfuz sahibi ziyalı kimi həm də şəfalı əlləri ilə xalqın keşiyində dayanaraq, əzmlə çalışan həkim kimi təqdirəlayiq xidmətləri ilə sayılıb, seçilən səhiyyə işçisidir. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Rəşid Mahmudov  Medi Plus Tibb mərkəzinin həkim- Nefroloqu  ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Rəşid həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar.
   Mən həm bir müalicə olan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Rəşid Mahmudova dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür.  Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğınızdan xəbər verir. Sizinlə söhbət zamanı müalicənin vacibliyini sadə dildə mənə elə izah etdiniz ki, daxilən əməliyyata mən hazır oldum.        Həyatda qalacağıma inancım az olsa da, sizinlə söhbət ürəyimdəki qorxunu azaltmışdı. Sizin və tibbi personalınızın çox böyük səyi nəticəsində müalicə zamanı çıxan problemlərin də aradan qaldırılmasına səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları sizin sayənizdə oldu.
     Hörmətlə;Rəhim Vəliyev
Şərqiyyə Hüseynova bildirdi ki, imkansızlıqdan övladı yaxşı müalicə ala bilmir. Bir ananın ən böyük arzusu övladı sağlam görməkdir. Hüseynovlar ailəsinin tək övladı olan Şakir neçə illərdir ki, Sidik ifrazat sisteminin iltihabi xəstəliklərindən  əziyyət çəkir. İmkansızlıqdan müalicəsini davam etdirə bilmir.
Mən bunları Rəşid Mahmudova danışdım və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi Ailənin maddi imkanlarının heç olmadığını deyəndə lazım olsa bəzi xərcləri mən öz cibimdən ödəyərəm. Həm həkim kimi kömək etdi, həm də bəzi xərcləri özü ödədi. Rəşid həkim sizin kimi həm peşəkar həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun. Şakir artıq öz sağlamlığına qovuşub. Rəşid Mahmudova ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm.
    Hörmətlə; Şərqiyyə Hüseynova
Uzun illərdir ki, öz peşəsinin ustadı olan Rəşid Mahmudov müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim,təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – nefroloq  sözün əsl mənasında ən yüksək təltifə ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O Təltif həkim Rəşid Mahmudovun xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır. Biz də,yüz il yaşa həkim Rəşid Mahmudov, sizə sağlamlıq və nailiyyətlər arzulayırıq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar