Daha bir təşəkkür məktubu Həkim – kosmetoloq Zülfiyyə Bağırovaya ünvanlandı
Baxılıb: 978 Tarix: 06-05-2019 16:07
Dəridə müəyyən səbəblərdən yaranan səpgilərdən, qızartılardan xilas olmanın açarı həkim- kosmetoloq Zülfiyyə xanımın əlindədir. Bunlardan əlavə hər hansı bir qadın daha gözəl, daha məsum görünüşlü və daha cazibədar görünmək istədiyi biz qadınlara sirr deyil. Elə isə gəlin gözəlliyimizə daha əsrarəngiz gözəlliklər qataq. Bəzən estetik zövqü yetərincə olmayanlar elə başa düşürlər ki, daha çox makiyaj etmək insana daha artıq gözəllik bəxş edir. Əslində isə həqiqət bunun əksini deyir. Daha kəskin və artıq boyalar qadını bayağı görkəmə salaraq, onu öz yaşından daha böyük göstərir.
Zülfiyyə həkim bir çox seminarlarda tədbirlərdə diplom və sertifikatlara layiq görülüb. O, bildiklərini öyrəndiklərin gələcək nəsillərə aşılamaq üçün bir çox tələbələrə dərslər və praktiki işlər keçmişdir.
Bir məqamı da oxuculara çatdırmağı özümüzə borc bilirik. Bizə məlum olduğuna görə Zülfiyyə xanım ona müraciət edənlərə yardım edərkən, prosedurları yerinə yetirərkən məbləğ haqqında deyil, müsbət nəticə haqqında düşünür. Bu barədə verdiyimiz sualı Zülfiyyə xanım belə cavablandırdı: – Bilirsinizmi, mən Uca Tanrının Varlığını bizi gördüyümüzü və hətta fikirlərimizi belə duyduğunu qəlbən qəbul edirəm və buna əminliklə inamım vardır.
Heç bir təbliğə və tərifə ehtiyacı olmayan Zülfiyyə xanımın fəaliyyətindən bəhrələnən bir çox pasientlərdən (Sevil, Sevda, Zərnişan s.) redaksiyamıza daxil olan məktubları oxuduqca gələn telefon zənglərindən eşitdiyimiz minnətdarlıqları dinlədikcə qürur duyuruq ki, Azərbaycan xanımı ilə həqiqətən də öyünməyə dəyər. Biz fəxr edirik ki, vətənimizdə Azəri xanımlarının qocalıqdan qorunması, daima gözəl və təravətli olaraq, nikbinliklə həyat sürməsi naminə öz elmi –biliklərindən, təcrübə və bacarığından qətiyyətlə istifadə edərək, əzmlə çalışan nüfuz sahibi olan Zülfiyyə xanım Bağırova kimi həkim – kosmetoloqlarımız vardır.
Doktor siz səhiyyəmizin və kosmetologiyanın sərvətisiniz. Nə xoş mənə ki, sizi tanıdım. Sizin sayənizdə ləkələrdən azad oldum.
Hörmətlə; Aytən xanım
Əziz və hörmətli həkim- kosmetoloq Zülfiyyə Bağırova sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri sahib olduğumuz gözəlliklərdir. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq.
Hörmətlə; Sevinc xanım
Əziz xanımlar sizdə gözəlliyinizə gözəllik qatmaq istəyirsinizsə Zülfiyyə xanım Bağırovaya müraciət edə bilərsiniz
Ən çox oxunanlar
Son xəbərlər