Südabə Əliyeva-Peşəkar Osteopat
Baxılıb: 1 569 Tarix: 06-05-2019 16:20
Haqqında söz açacağım nəcib insan müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş Südabə Əliyevadır.
UniKlinika Tibb Mərkəzinin Fizioterapiya şöbəsində çalışan Südabə Əliyevanın məqsədi əsasən təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini istifadə edərək, hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. Südabə həkim kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edir. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edir. Peşəkar həkiminin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır.
Bu gün rayon sakinləri və hətta qonşu rayonlardan da onun yanına xəstələr gəlir və şəfa tapırlar. Onu insanlara bu qədər doğma edən isə məxsusi keyfiyyətləridir.
Südabə həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Klinikaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Klinikada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir.
Redaksiyamıza ünvanlanan məktubların birində skolioz xəstəliyindən əziyyət çəkən Səmra xanımın yazısı diqqətimi çəkdi. Səmra xanımın sözlərinə görə skolioz xəstəliyindən əziyyət çəkirdi. Südabə xanımın təyin etdiyi müalicəvi idman hərəkətlərindən sonra belimdəki əyrilik və ağrılar xeyli azaldı. Artıq özümü yaxşı hiss edirəm. Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Südabə Əliyevaya mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.Daha biir təşəkkür məktubu Əliyevlər ailəsi tərəfindən ünvanlanır:
Əliyevlər ailəsi olaraq Uniklinikanın həkim-fizioterapevti Südabə Əliyevaya qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, övladımız dünyaya vaxtından əvvəl göz açmışdı, başqa klinikalara müraciət etsək də, müsbət nəticə əldə olunmamışdı. Uşaqda 3-cü dərəcəli onurğa əyilməsi müşahidə edilirdi. Bu problem oğlumda daha çox ağ ciyərlər və tənəffüs çətinliyi yaradırdı. Uşaq çox zəif inkişaf edirdi. Oğlumda boy artımı, zehni zəifləmə, raxitlik, tərləmə müşahidə edirdim. Bu məni bir valideyn olaraq çox narahat edirdi. Südabə həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi fizioterapevtik və osteopatik müalicələr sayəsində övladımız sağlamlığına qovuşdu. Sizə borcluyuq qayğınıza görə.
Hörmətli redaksiya heyəti! Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edən Südabə Əliyevaya dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.
Hörmətlə; Əliyevlər ailəsi
Ən çox oxunanlar
Son xəbərlər