Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Gəmidə xəsarət almış şəxslərin son vəziyyəti ilə bağlı Səhiyyə rəsmisi DANIŞDI: 3 nəfərin vəziyyəti KRİTİKDİR

Baxılıb: 663     Tarix: 09-05-2019 14:00   
Xəbər verdiyimiz kimi, Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarəti alıb. yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Qanunvehedef.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin katibi Səfayə Əhmədova bildirib ki, Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən yaralılardan 3 nəfərin vəziyyəti kritikdir.
"13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 3 nəfərin bədəninin 40 faizdən artığı yanıb. Digər xəstələr 1-ci və 2-dərəcəli yanıq xəsarətləri alıblar. Xəsarət alanların bəzilərinin vəziyyəti qənaətbəxşdir. Onlardan 1-i evə buraxılıb".
Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib.
Gülnarə Eynullaqızı



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar