Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SON DƏQİQƏ: Qarabağda yüzlərlə insanı ölümdən qurtaran əməkdar həkim vəfat etdi

Baxılıb: 580     Tarix: 15-05-2019 16:17   

Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri namizədi Əvəz Səməd oğlu Zeynalov vəfat edib.
Uzun illər tibb sahəsində cərrah kimi çalışmış Ə.Zeynalov xəstəlik səbəbindən 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əvəz Zeynalov 22 dekabr 1935 -ci ildə Laçın rayonunun Aşağı Fərəcan kəndində anadan olub.
1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1969-1974 -cü illərdə Kiyev Dövlət Tibb Universitetində aspirantura təhsili alıb.
1988- ci ildən Laçın rayon mərkəzi xəstəxanasının baş cərrahı olub, 1500-dən çox cərrahiyyə əməliyyatları aparıb. Həmçinin Qarabağ müharibəsində yüzlərlə ağır yaralanmış döyüşçünü yenidən həyata qaytarıb. Onlarla qaçqın, köçkün və əlacsız xəstələri təmənnasız müalicə edib.
1992- ci ilin iyul ayından 2011- ci ilin avqust ayına qədər Bakı şəhəri Əfəndiyev adına 4 saylı klinik xəstəxanasında növbətçi cərrah vəzifəsində çalışıb.
Allah rəhmət eləsin. Qanunvehedef.azшаблоны для dle 11.2