Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Artıq su qəbulunun insan həyatı üçün FƏSADLARI - Həkim rəyi

Baxılıb: 719     Tarix: 27-05-2019 15:39   
Bir incə saflığı varsa da suda,
Çox içilərsə, dərd verir o da... 
 
Kifayət qədər su qəbulunun insan həyatı üçün önəmli olduğu daim vurğulanıb. Son illər həkimlər, dietoloqlar hər insanın gün ərzində 2, 2,5 litr su içməsinin vacib olmasını deyir.
 
Bu günlərdə isə Rusiya mətbuatında çıxış edən bir həkim çox su içməyin xeyirli olması ilə bağlı fikirləri təkzib edib. Həkimin sözlərinə görə, insanın su içmək könlündən keçmirsə və özünü məcbur edirsə o zaman orqanizmdə fəsadlar yarana bilər.
 
Bəs görəsən, hər zaman faydalarını eşitdiyimiz, həyat mənbəyi adlandırılan suyun, çox içilərsə, insan orqanizminə hər hansı bir təhlükəsi varmı?
 
Mövzu ilə bağlı  terapevt Nahid Məhərrəmov bildirdi ki, su insan orqanizmi üçün olduqca önəmlidir.
 
“Hər bir insan gün ərzində 1-2 litr maye qəbul etməlidir. Su orqanizmi sağlam saxlayır, qanın və bütün orqanların qidalanmasını təmin edərək, zərərli maddələri bədəndən uzaqlaşdırır. Suyu az içən insanlarda infarkt riski də daha çox olur. Ancaq istisna hallar var ki, əyər bir insanda arterial təzyiq yüksəkdirsə, bu insana çox su içmək olmaz, təzyiq daha da yüksələ bilər. Bura böyrək xəstəliklərindən əziyyət çəkənlər də daxildir. Böyrəyində problem yaranan insanlar içdiyi suyu geri ifraz edə bilmir ki, bu da bədənin şişməsinə və digər fəsadlara yol aça bilər. Ancaq o demək deyil ki, bu xəstələri sudan tamamı ilə təcrid etmək lazımdır”. 
 
шаблоны для dle 11.2