Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Limonla 18 günə ürəyi gücləndirin

Baxılıb: 690     Tarix: 10-06-2019 10:01   

Cəfəri, limon və sarımsaqla hazırlanan bitki mənşəli məhlulu istifadə edərək, qan dövranını sürətləndirib, infarkt riskini ən aşağı səviyyəyə endirə bilərsiniz.
Qanunvehedef.az deyerler.org-a istinadən bildirir ki, ürək xəstəliyi, tac damarların tıxanması ya da daralması yoluyla meydana gəlir. Ürəyə söykənən, lakin koronar şuntlama əməliyyatı keçirmiş bir insanın belə, qidalanma tərzindən tutmuş, dərman müalicəsinə qədər bir çox amilə diqqət yetirməlidir. Eyni zamanda xəstəliyi önləməyə dəstəkləyici bitki və qidalardan faydalanmasında da fayda vardır. Cəfəri, sarımsaq, limon müalicəsinin xüsusilə ürək problemləri üzərində böyük bir təsirə sahib olduğu məlumdur.
Hazırlayacağınız məhlulu 18 gün nizamlı şəkildə istifadə edərək təsirlərini görmək mümkündür: ürək damarlarını açır; ürəyi bəsləyən damarların və yolların tıxanmasına mane olur; damarlarda val meydana gəlməsini və yağ bağlanmasını önləyir; qan dövranının sürətləndirilməsi və gücləndirilməsində təsirlidir; ürək damar tıxanıqlığına qarşı yaxşı təsir edir.
Lazımlı vasitələr
- 10-12 ədəd cəfəri
- Bir diş sarımsaq
- 2 yemək qaşığı limon suyu
- Yarım stəkan su
Hazırlanması
Cəfəriləri yuyun. Saplaqlarıyla birlikdə mətbəx blenderə atın və üstünə sıxılmış limon suyu əlavə edin. Saralmamış sarımsaqları xırda-xırda doğrayıb blenderə əlavə edin və üstünə su tökün. Blenderi qoşub işlədin. Stəkana tökün və bir müddət keçdikdən sonra için.
Məhlulu ilk 3 gün qeyd edilmiş reseptlə, sonra 3 gün boyunca sarımsaqsız için. Sonra 3 gün məhlulu yenə sarımsaqla hazırlayıb, ümumən 9 gün boyunca için. 9 günlük məhlulu bitirdikdən sonra, 3 gün gözləyib, təkrar eyni müddətdə müalicənin təsirlərini müşahidə edə bilərsiniz. 2 dəfəlik istifadə tam kifayət edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar