Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu il Azərbaycanda 44 nəfəri ilan sancıb

Baxılıb: 744     Tarix: 02-07-2019 11:26   

"Bu ilin 6 ayı ərzində 44 nəfər ilan sancması ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib".
Qanunvehedef.az bildirir ki, bunu "Report"a açıqlamasında həmin şöbənin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov deyib.
Şöbə müdiri bildirib ki, aprel ayında 6, mayda 21, iyunda da 17 nəfəri ilan sancıb: "Mayda ilan sancanlardan 4-ü, iyunda isə 2-si uşaq olub. Müraciət edənlər Şirvan, Hacıqabul, Şamaxı, Qəbələ, Şəmkir, Tovuz, Yevlax, Gəncədə yaşayanlardır. İlan sancmasından ölüm faktı qeydə alınmayıb".
A.Maqsudov bu il əqrəb sancması ilə müraciət edənlərin sayının 7 nəfər olduğunu bildirib: "Əqrəb sancanlar arasında uşaq yoxdur. Hamısı müayinə və müalicədən sonar evə buraxılıb".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar