Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ölüm ayağında olan azərbaycanlı aktyor əməliyat olundu - Qaraciyər köçürüldü

Baxılıb: 866     Tarix: 10-07-2019 11:00   

Əməliyyat üçün lazım olan bütün xərcləri Heydər Əliyev Fondu ödəyib
Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Yalçın Səlimova qaraciyər köçürülüb.
Qanunvehedef.az aznews.az-a istinadən bildirir ki, teatrın direktor müavini Vidadi Məmmədov bildirib. Onun sözlərinə görə, aktyor hazırda özünü yaxşı hiss edir:
"Yalçın Mərkəzi Gömrük Hospitalında ağır bir əməliyyat keçirib. Ona qaraciyər köçürülüb. Əməliyyat üçün lazım olan bütün xərcləri Heydər Əliyev Fondu ödəyib. Hazırda aktyor özünə gəlib. Ümid edirik ki, bu əməliyyatdan sonra aktyorun səhhəti daha da yaxşı olacaq".
Vidadi Məmmədov onu da əlavə edib ki, Yalçın Səlimova yaxınları donor olub: "Ona bacısının oğlundan donor köçürülüb".
Qeyd edək ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Yalçın Səlimovun səhhətində problemlər yaranıb. Həkimlər onun qaraciyərində ciddi pozuntular olduğunu aşkarlayıb və ona təcili qaraciyər köçürülməsini məsləhət bilib.
Yalçın Səlimovun müraciətindən sonra müayinə və əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar