Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Təcili yardıma 18 MÜRACİƏT

Baxılıb: 624     Tarix: 22-07-2019 10:00   

Ayın 19-dan 22-ə qədər "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, çağırışlardan 4-ü Atletlər kəndinə, 4-ü qonaqların qaldığı hotellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü Kristal Holl, 1-i İdman Akademiyasına, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyinə olub. Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəzə, 1 nəfər 3 saylı şəhər klinik xəstəxanasınə çatdırılıb. Qalanlarına yerində yardım göstərilib. Müraciət edənlərin 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.
Nazirlikdən bildirilib ki, "Jara" festivalının keçirildiyi ərazidə növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına 7 müraciət olub. Müraciət edənlərə yerində yardım edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar