Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

​​​​​​​Suda boğulmaq təhlükəsi ilə üzləşənlərə belə YARDIM olunmalıdır!

Baxılıb: 677     Tarix: 11-08-2019 15:55   

Çimərlik mövsümünün qızğın vaxtında təəssüf ki, dənizdə boğulmaların da sayı dayanmadan artır. Suda boğulan insanların həyatını xilas etmək üçün isə hər saniyə önəm daşıyır. Bir həyatı saniyələrə qurban verməmək üçün ilk tibbi yardımı qaydalarını hamı bilməlidir.
e-tibb.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-damar Mərkəzi məlumat açıqlayıb.
Məlumatda qeyd olunub ki, suda boğulmaq təhlükəsi ilə üzləşən şəxsin nəbzi var, amma nəfəs almırsa, süni tənəffüs ilə şəxsin nəfəs almağını təmin etmək lazımdır.
Həmin şəxs nəfəs almır və nəbzi döyünmürsə, dəqiqədə 100 dəfə ürək masajı etmək lazımdır. Hər 30 masajdan sonra isə süni tənəffüs vermək vacibdir.шаблоны для dle 11.2