İNSANLARIN SAĞLAMLIĞI NAMİNƏ
Baxılıb: 962 Tarix: 16-08-2019 15:41
Dişlərin insan orqanizmində, ağız boşluğunda necə əhəmiyyət daşıdıqlarını hamı bilir. Onlar qida qəbulu üçün lazım olduqları kimi, həm də zahiri gözəlliyin vacib komponentləridir. Qabiliyyətli stomatoloq təkcə dişlərin müalicəsini, cərrahdırsa çəkilməsini, yonulmasını bacarmaqla kifayətlənməli deyil. O, həm də xəstəni əməliyyatın uğurlu keçəcəyinə inandırmalı, bir sözlə, şəfqətli olmalıdır. Haqqında söz açdığımız doktor Teymur İsayev həm yüksək peşəkarlığa, həm də gözəl insani keyfiyyətlərə malikdir.
İsayev Teymur İsa oğlu 1984-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. 2001-ci ildə Zaqatala rayonu Əliabad qəsəbə 4 nömrəli orta məktəbi bitirmişdir. 2002-ci ildə Tbilisi Dövlət Tibb Universitetinə qəbul olunmuş, 2007-ci ildə həmin ali məktəbi başa vurmuşdur. 2009-cu ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının stamatoloji şöbəsinə həkim - stomatoloq vəzifəsinə təyin olunmuşdur.
Ataların bir sözü var: "Dişin ağrıyır - çək, qurtar". Doktor İsayev deyir ki, bu məsəl köhnəlib: "Söz yox, dişlərin çəkilməsini qaçılmaz edən istisna hallar da olur, amma zəmanəmizdə stomatologiya elminin nailiyyətləri dişləri itirməkdən yayınmaq üçün xeyli effektiv vasitələr təklif edir. Bu vasitələrdən yararlanmaq, dişləri qorumaq lazımdır. Çünki diş xəstəlikləri, dişlərin itirilməsi öz ardınca mədənin və başqa orqanların da xəstəliklərinə yol aça bilər. Ən başlıcası isə, dişlərin, diş ətinin xəstəliyinin, zədələnməsinin ilkin əlamətləri müşahidə olunan kimi gecikmədən stomatoloqa müraciət etmək lazımdır. Ələlxüsus da, uşaqların dişlərinə diqqət yetirmək lazımdır. "Uşaqdır, yeni diş çıxarar" deyib problemi görməzdən gəlmək qətiyyən olmaz".
Məqsədinin xalqa xidmət etmək, insanların sağlamlığının keşiyində durmaq olduğunu deyən doktor İsayev bizimlə söhbətində ölkəmizdə səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin tibb işçilərinə diqqətcil münasibətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Səhiyyə Nazirliyinə etibarlı tərəf müqabili kimi çıxış etməsindən danışdı. Nikbinliklə bildirdi ki, səhiyyəmizin inkişafına yönəlik səylər gözəl nəticələr verməkdədir.
Biz qələm adamları da inanırıq ki, Azərbaycanda sağlam vətəndaşlardan ibarət sağlam cəmiyyət quruculuğu prosesi uğurla davam etdiriləcək və Teymur İsayev kimi bacarıqlı, tərəqqipərvər həkimlərimizin bu müqəddəs işə verdikləri töhfə layiqincə qiymətləndiriləcəkdir.
Vaşiyeva Minara

Ən çox oxunanlar
Son xəbərlər