“Azərbaycan “vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir” – Hacıbala Abutalıbov
Baxılıb: 527 Tarix: 10-10-2019 11:56
Azərbaycan Baş nazirinin müavini Hacıbala Abutalıbov Pekində Çinin Baş naziri Li Ketsyan ilə görüşdə ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə edib.
Bu barədə “Report” “Sinhua” agentliyinə istinadən xəbər verir.
L.Ketsyanın sözlərinə görə, Pekin və Bakı arasında diplomatik əlaqələr qurulandan bəri hər iki tərəf ikitərəfli münasibətlərin davamlı və dayanıqlı inkişafını həyata keçirmək məqsədilə həmişə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı mənfəət prinsipləri əsasında əməkdaşlıq edib.
O, Pekinin milli maraqlara uyğun inkişaf yolunu davam etdirmək istəyində Bakını dəstəklədiyini və qarşılıqlı faydalı əməkdaşlıq və ortaq inkişaf üçün Azərbaycanla birlikdə olmaq istədiyini bildirib.
Öz növbəsində, H.Abutalıbov Azərbaycanın Çin ilə əlaqələrə önəm verdiyini, “vahid Çin” siyasətini qətiyyətlə dəstəklədiyini və Çin ilə dostluğu möhkəmləndirməyə, daha böyük qarşılıqlı fayda əldə etmək üçün “Bir Qurşaq, Bir Yol” təşəbbüsündə fəal iştirak etməyə hazır olduğunu vurğulayıb.
Ən çox oxunanlar
Son xəbərlər