Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nikolun Qarabağla bağlı canlı yayımı: nəyi “unutdu”?

Baxılıb: 496     Tarix: 04-11-2019 12:51   
Ermənistanın Baş naziri Nikol Paşinyan il yarım ərzində Ermənistan-Azərbaycan sərhəddində gərginliyin xeyli azaldığını deyərək, bunu hakimiyyəti ilə əlaqələndirir.
Qanunvehedef.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu Paşinyanın Feysbukda canlı yayımdakı çıxışına münasibət bildirərəkən deyib. O, Paşinyanın çıxışında bir sıra məqamlara diqqət çəkib:
“Paşinyan gərginliyin keçmiş illərdə olduğunu bildirib və əlavə edib: “Təhlükə hər zaman var, ancaq 3, 4 və ya 5 il bundan əvvəllə müqayisədə sərhəddə gərginlik xeyli azalıb”. Paşinyan bu sözlərlə demək istəyir ki, məhz o hakimiyyətə gəldikdən sonra sərhəddə gərginlik azalıb. Paşinyan gərginliyin azalmasını Prezident İlham Əliyevlə Müstəqil Dövlətlər Birliyinin Aşqabad toplantısında qısa fikir mübadiləsi ilə əlaqələndirib. Yəni Nikol demək istəyir ki, məlum görüşdə atəşkəsə riayət olunacağına dair şifahi razılaşma əldə olunub.
Paşinyanın sözündə həqiqət ondan ibarətdir ki, o, Serj Sərkisyanı devirib hakimiyyətə yiyələndikdən sonra rəsmi Bakı ona bir neçə ay şans tanıdı. Aşqabad görüşündən əvvəl və bir neçə ay sonra atəşkəs həqiqətən ciddi şəkildə pozulmadı. Ancaq Aşqabad görüşündən vaxt getdikcə atəşkəsin pozulması halları artdı. Paşinyan avqustun 5-də Xankəndidə separatçılar qarşısında çıxış edərkən “Qarabağ Ermənistandır” dedikdən sonra isə atəşkəsə riayət etməyin heç bir mənası qalmadı. Ona görə də Paşinyan atəşkəsin artan xətlə pozulması hallarına hazırlaşmalıdır”.
E.Şahinoğlu Paşinyanın Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olmasa da, “maraqlı dinamika” müşahidə olunması ilə bağlı çıxışına da münasibət bildirib:
“Əslində danışıqlarda heç bir irəliləyiş yoxdur, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında da danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur. Görünür, Paşinyan sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya “gedişat ümid verir”. Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən ehtiyat edir, həm də ümid verməyə çalışır”.
Ekspert Paşinyanın Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışdığını deyib:
“Qarabağ məsələsi mənim məsələm deyil, bu, ümummilli məsələdir” deyən Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığını vurğulayıb. Paşinyan çıxışında əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib. Paşinyan yeni təklifini də səsləndirib: “Münaqişənin həll yolu referenduma da çıxarıla bilər”. Bununla Paşinyan məsuliyyətdən yaxa qurtmağa çalışır. Belə çıxır ki, Paşinyan Azərbaycan Prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenduma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Paşinyan İlham Əliyevlə razılığa gəlsə, ancaq Ermənistanda keçirilən referenduma ermənilər “yox” desə, Bakıya, “bağışlayın, bu variant alınmadı, keçək başqa variantların müzakirəsinə” deyəcək?
Paşinyanın “hə”, ermənilərin “yox” deməsinin özü müharibə ehtimalını artıracaq.
Nikol Paşinyan canlı yayında verdiyi açıqlamardan bir daha görünür ki, danışıqlardan nəticə gözləmək əbəsdir. O ki qaldı atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır”.
Analitik Paşinyanın hakimiyyəti dövründəki uğursuzluqlarından bəhs etmədiyini də diqqətə çatdırıb:
“Maraqlıdır ki, Ordumuzun Naxçıvan və Qazaxdakı əməliyyatları Paşinyanın hakimiyyəti dövrünə düşür. Paşinyan bu haqda heç zaman bir cümlə də deməyib. Ermənistanın o biri rəsmiləri və hərbçiləri də bu mövzuda əsasən susurlar”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar