Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıya bazar qiymətinə, İrəvana isə pulsuz... - Zatulin

Baxılıb: 673     Tarix: 06-11-2019 12:24   
Azərbaycan KTMT üzvü olmadan silahları bazar qiymətlərinə alır, KTMT üzvü olan Ermənistan isə bunu faktiki olaraq pulsuz əldə edir.
Qanunvehedef.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bölməsinə müsahibəsində Rusiya Dumasının deputatı Konstantin Zatulin deyib. Azərbaycanın Rusiyadan daha çox silah alması, nəticədə balansın pozulmasıyla bağlı suala cavabında Zatulin Rusiyanın bunun üçün addımlar atdığını deyib:
“Siz bilirsiniz ki, Rusiya və Ermənistan arasında qırıcı tədarükü barədə yeni razılaşma var, üstəlik, Ermənistandakı Rusiya hərbi bazasının gücləndirilməsi də gündəmdədir. Siz onu da bilirsiniz ki, Azərbaycan ərazisində bizim heç bir bazamız yoxdur. Qəbələ RLS ilə bağlı müqaviləni uzatmaq istədikdə isə faktiki olaraq bizə rədd cavabı verildi və ona görə də biz onu öz ərazimizdə tikməyə məcbur olduq. Sözsüz ki, mən Ermənistan və Azərbaycanın Rusiyanın tərəfdaşı kimi statusunda fərq görürəm. Mən Azərbaycanla münasibətlərimizin yaxşı olmasının tərəfdarıyam və ümid edirəm ki, bu, Ermənistanın xeyrinə olacaq, Azərbaycanı düşünülməmiş addımlar atmasından çəkindirəcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar