Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

MM-də hərbi büdcəyə etiraz edildi

Baxılıb: 536     Tarix: 13-11-2019 13:37   

Büdcəni ümumilikdə müsbət qiymətləndirirəm. Hesab edirəm ki, büdcə layihəsi beynəlxalq iqtisadi proseslər nəzərə alınaraq hazırlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqda davam edəm müzakirələrdə çıxış edərkən deyib.
T.Kərimli həmçinin BP və digər beynəlxalq təşkilatların büdcəyə nə qədər vergi ödəməsi ilə maraqlanıb:
“Mənim bundan xəbərim yoxdur. Ancaq bu məlumatların açıqlanması müsbət olardı. İqtisadiyyat Nazirliyi bu məsələlərə diqqət etməlidir”.
Millət vəkili eyni zamanda 2023-cü ilə qədər müdafiə sahələrinə ayrılan vəsaitin azaldılmasına etiraz edib:
“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər azaldılır? Biz sosial büdcənin artırılmasına sevinirik. Bu müsbət hadisədir. Amma müdafiə məsələləri də əhəmiyyətlidir”.
Seçildiyi Ağsu rayonunda zəlzələ olduğunu xatırladan deputat bu hadisəyə dərhal reaksiya verən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Bildirib ki, məhz ölkə rəhbərliyinin hadisəyə operativ reaksiya verməsi və Fövqəladə Hallar Nazirliyinin aktiv işləməsi zəlzələnin nəticələrinin aradan qaldırılmasına səbəb olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar