Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev Avrasiya İttifaqının sammitində iştirak edəcək

Baxılıb: 634     Tarix: 27-11-2019 12:31   
 

Azərbyacan Prezidenti İlham Əliyev Avrasiya İttifaqının dekabrda keçirləcək qeyri-rəsmi sammitində iştirak edəcək. 
Dövlət başçısı bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı açıqlayıb: “Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq”, - deyə İ.Əliyev vurğulayıb.
Xatırladaq ki, Putin MDB dövlət başçılarının oktyabrda Aşqabadda keçirilən sammiti zamanı onları Avrasiya İqtisadi İttifaqı üzvlərinin dekabr ayında keçiriləcək qeyri-formal görüşünə dəvət etmişdi: “Biz hər il dekabrın 20-də ənənəvi olaraq qeyri-rəsmi yığışırıq. MDB-nin bütün dövlət başçılarını bizə qoşulmağa dəvət edirəm. Yeni il qabağı səmimi, tamamilə dostluq mühitində cari məsələlər, yeni ildə görəcəyimiz işlərlə bağlı fikir müdaliəsi aparaq, aktual beynəlxalq məsələləri müzakirə edək”. 
Putinin sözlərinə görə, bu barədə Avrasiya İttifaqı üzvləri ilə məsləhətləşmə aparılacaq. O, bildirib ki, MDB dövlət başçıları ilə iemək masası arxasında cari məsələləri birgə müzakirəsi faydalı olar. Xatırladaq ki, Azərbaycan Avrasiya İttifaqının üzvü deyil. Rusiya tərəfindən Birliyə və vahid Gömrük İttifaqına üzvlük üçün bir neçə dəfə dəvət alsa da, Bakı quruma qoşulmaqdan imtina edib.шаблоны для dle 11.2