Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıda Məmmədyarovla Lavrov arasında görüş keçirilir

Baxılıb: 686     Tarix: 03-12-2019 13:17   

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Danışıqlar Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.
Report.az xəbər verir ki, E.Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb.
Daha sonra iki ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb. Nazirlər Azərbaycan və Rusiya arasındakı əlaqələrin hazırkı vəziyyətini və gələcə inkişaf perspektivlərini müzakirə edirlər.
E.Məmmədyarov və S.Lavrov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də nəzərdən keçirirlər.
XİN başçılarının təkbətək danışıqları yekunlaşdıqdan sonra geniştərkibli görüş keçiriləcək.
Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün S.Lavrovu qəbul edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar