Şəhid övladları məruzə etdi: Mehriban xanım kövrəldi
Baxılıb: 597 Tarix: 05-12-2019 15:07
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.
Qanunvehedef.az Unikal.org-a istinadla xəbər verir ki, sərgidə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin “ROBOPARK” sahəsində təqdim olunan yeniliklərlə tanış olublar.
Aprel döyüşlərində şəhid olan - mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin, Polkovnik Vüqar Yusifovun qızı Pilot Ayan Yusifzadə, kapitan Mühid Orucovun oğlanları pilot Oruclu Anar və Vüqar, mayor Elnur Əliyevin oğlu pilot Əlizadə Elxan, polkovnik Vüqar Yusifovun qızı Pilot Yusifzadə Aytən, kapitan Mühid Orucovun oğlu, pilot Oruclu Vüqar və AREA əməkdaşı, aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan kiçik çavuş Süleymanov ölkə başçısına məruzə ediblər.
Şəhid övladlarının çıxışından sonra birinci xanım Mehriban Əliyeva kövrəlib.
Sözügedən pavilyoda Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları xüsusi texnikalar vasitəsilə Lələtəpə yüksəkliyini işğaldan azad edilməsini əks etdirən səhnəcik nümayiş etdiriblər.
Bundan sonra şəhid Elnur Əliyevin oğlu Əlizadə Elvin ölkə başçısına "Cənab Ali Baş Komandan, Lələtəpə azad olunmuşdur, Qarabağ üçün əmirinizi gözləyirik" deyə məruzə edib.
Bu çıxışı ölkə başçısı və birinci xanım Mehriban Əliyeva alqışlarla qarşılayıblar.
Qeyd edək ki, tədbirdə “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da iştirak edib.
Ən çox oxunanlar
Son xəbərlər