Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mütəllibov Müsavatın namizədi oldu... – Hacılı belə deyir

Baxılıb: 559     Tarix: 11-12-2019 13:18   

Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik.
Qanunvehedef.az xəbər verir ki, bunu Müsavat Partiyasının sədri Arif Hacılı qeyd edib. O, ad çəkmədən namizədlərin peşələri barədə məlumat verib:
“Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.
Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”.
A.Hacılı həftə sonunadək dairələr üzrə namizədlərin tam siyahısının elan ediləcəyini bildirib.
Qeyd edək ki, A.Hacılının “bu ölkənin prezidenti olmuş namizədlər” deyəndə kimi nəzərdə tutduğu bəlli deyil. Azərbaycanın 3 sabiq prezidenti var ki, onlardan yalnız Ayaz Mütəllibov həyatdadır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar