Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakı AB-yə üzv olmaq istəmir – Şəfiyev

Baxılıb: 710     Tarix: 11-12-2019 13:26   

Biz Avropa Birliyi ilə tam, bərabərhüquqlu əlaqələr qurmaq niyyətindəyik, AB-yə üzv olmaq yox.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Brüssel səfəri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AB-yə qoşulmaq istəyən ölkələr müxtəlif problemlərlə üzləşir:
“Moldova, Gürcüstan, Ukrayna kimi dövlətlər Avropa Birliyinə üzv olmaq istədikləri üçün çoxsaylı problemlərlə qarşılaşır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz milli maraqlarına əsaslanan siyasətini davam etdirməlidir”.
Şəfiyev bildirib ki, Prezident İlham Əliyevin apardığı sonuncu islahatların, kadr dəyişikliyinin AB düşüncə mərkəzləri tərəfindən alqışlanır və dəstəklənir:
“Avropa Komissiyasının nümayəndələri də Prezidentin ölkədə dərin islahatlar aparmasından məmnun olduqlarını dilə gətirdi”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar