Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan Lanzarote Konvensiyasına qoşulan 46-cı ölkə oldu

Baxılıb: 595     Tarix: 22-12-2019 19:37   

Azərbaycan uşaqların cinsi zorakılıqdan və cinsi istismardan qorunması haqqında Konvensiyanı ("Lanzarote Konvensiyası") ratifikasiya edən 46-cı dövlət oldu. Bu gün Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov Avropa Şurası baş katibin müavini Qabriella Battaini-Dragoninin iştirakı ilə sözügedən sənədə imza atıb. Konvensiya Azərbaycanda 2020-ci il aprelin 1-dən qüvvəyə minəcəkdir. Bu xəbəri Avropa Birliyinin rəsmi orqanı olan “Council of Europe news” saytı yayıb.
Baş katibin müavini Gabriella Battaini-Dragoni deyib: “Uşaqlara qarşı cinsi zorakılıq Avropada çox yayğın olan ən ağır cinayətlər sırasındadır. Mən Lanzarote Konvensiyasının Azərbaycan tərəfindən ratifikasiyasını alqışlayıram və daha çox dövləti bu konvensiyaya qoşulmağa çağırıram”.
Avropada 18 yaşına çatmayan hər beş uşaqdan biri cinsi zorakılığın qurbanı olur. Lanzarote Konvensiyası dövlətlər qarşısında uşaqların hər cür cinsi hüquq pozuntularından qorunması öhdəliyini qoyur. Konvensiyaya imza atan ölkələrin bu kimi cinayətlərə görə günahkarları mühakimə etməsi qanunla təsbit edilir.
İştirakçı Dövlətlər Komitəsi adlanan qurum isə tərəflərin Lanzarote Konvensiyasını effektiv şəkildə tətbiq edib-etməməsinə nəzarət edir və monitorinq aparır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar