Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“AXC-Müsavat cütlüyünün hakimiyyəti biabırçılıq, milli rəzalət dövrü idi” - İlham Əliyev

Baxılıb: 659     Tarix: 24-12-2019 10:13   

“Bu gün müxalifətçiliyi inhisara götürmüş adamlar vaxtilə hakimiyyətdə olublar. Onların bəd əməlləri xalqımızın yaddaşından silinməyib”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, biz hamımız AXC-Müsavat cütlüyünün hakimiyyətini yaxşı xatırlayırıq, o, bizim üçün bir biabırçılıq dövrü idi: “Hesab edirəm ki, milli rəzalət dövrü idi. Çünki hakimiyyətə gəlmiş savadsız, səriştəsiz adamlar öz məsuliyyətini dərk etmədilər. Onlar, dediyim kimi, deqradasiyaya uğramış məmurlar kimi hakimiyyəti ancaq gəlir mənbəyi olaraq görürdülər. Onların əsas məqsədi varlanmaq, talamaq, oğurlamaq, satmaq idi, bir-biri ilə elə bil ki, yarışa girmişdilər - kim daha çox oğurlayacaq, kim daha çox ziyan vuracaq ölkəyə. Ölkə problemləri qaldı kənarda, Qarabağ problemi qaldı kənarda, sosial problemlər, hansı ki, Azərbaycan vətəndaşları böyük sosial problemlərlə üzləşmişdilər. İnflyasiya 1000 faizdən çox idi. Onların heç vecinə də deyildi. Onların işi ancaq dövlət əmlakını mənimsəmək idi, mən bunu dəfələrlə demişəm, bunun sübutları da var. Ləl-Cavahirat Fondunu elə taladılar ki, orada bir dənə də qiymətli əşya qalmadı. Vətəndaşlar axırıncı zinət əşyalarını gətirib verirdilər ki, bu, ümumi işimizə sərf olunsun, onu da taladılar. Ona görə xalqın yaddaşında bu qalıb. Eyni zamanda, vətəndaş müharibəsi - bu, ən ağır müharibədir, çünki qardaş qanı tökülür. Orada ermənilər torpağımızı işğal edirdilər, bunlar isə Gəncəni bombalayırdılar, öz xalqına qarşı cinayətlər törədirdilər, sonra da fərari kimi qaçıb gizləndilər. Həmin bu adamlardır ki, bu gün müxalifətçiliyi də inhisara götürüblər. Əslində, bunların nə mənəvi haqqı çatır, nə təcrübəsi, nə biliyi. Sadəcə olaraq, onların bu inhisarı saxlamaq üçün bir amili var, o da xarici dəstək. Çünki bunlar xaricdən idarə olunur. Bu, hesab edirəm ki, ikinci səbəbdir - nə üçün bunların cəmiyyətdə heç bir hörməti yoxdur?”
Prezidentin sözlərinə görə, heç kəs üçün sirr deyil ki, bunlar xaricdən maliyyələşir: “İyirmi il ərzində heç bir yerdə işləməyənin haradandır bu qədər varidatı, haradandır bu qədər imkanları ki, yaxın qohumları getsinlər ən inkişaf etmiş ölkələrdə çox gözəl həyat sürsünlər? Ona bir hesabat verirlər, yoxsa yox? Əlbəttə ki, yox. Amma biz bilirik, biz çox şeyi bilirik. Bəlkə də hamısını hələ ki, deməyə ehtiyac yoxdur. Ona görə bir tərəfdən onların törətdikləri cinayətlər və ölkəmizin demək olar ki, uçurum kənarına gətirilməsi, ondan sonra da qorxaqcasına, fərari kimi qaçıb gizlənməsi, ikinci tərəfdən, “beşinci kolon” kimi burada ölkəmizin maraqlarına qarşı onların fəaliyyəti. Bu iki amil hesab edirəm ki, onları bütün daxili dayaqlardan məhrum edib. Bir də ki, onların həm siyasi, həm həyatdakı davranışını, yəni, o biabırçı kadrları Azərbaycan tamaşaçıları görübdür. İsterikaya, panikaya qapılmış adam necə özünü lider hesab edə bilər? Yaşlı qadının qolundan yapışan, qorxusundan, məni bağışlayın, gizlənmək üçün deşik axtaran adam necə liderlik funksiyasını öz üzərinə götürə bilər? Sonra da gəlsin bütün ictimaiyyət qarşısında desin ki, vanna otağında mənə qarşı zor tətbiq etdilər. Birincisi, bu, yalandır. İkincisi, hansı özünə hörmət edən adam belə bir ifadə işlədər, bütün xalq qarşısında? Ona görə bunların qətiyyən mənəvi haqqı yoxdur ki, hansısa irad irəli sürsün. Yeganə dayaqları xarici dairələrdir. O dairələr ki, onlar da istəyirlər öz əlaltılarını hakimiyyətə gətirsinlər. Necə ki, vaxtilə 1992-ci ildə prezidentin kabinetinin qapısını bəzi səfirlər ayaqla açırdılar, o dövrü yenə də yaşamaq istəyirlər, ancaq alınmayacaq. Çünki heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti imkan verməyəcək ki, satqın, xain ünsürlər yenə də baş qaldırsın, yenə də hansısa mövqe əldə etsinlər. Azərbaycan xalqı buna imkan verməyəcək. Ona görə bunların dırnaqarası aksiyalarına heç kim gəlmir, heç kim qoşulmur. Bunların dırnaqarası siyasi mübarizəsi virtual həyatdadır. Orada da artıq bütün dayaqlarını itiriblər. Bir-birinə saxta layk atmaqla bunlar hakimiyyətə gəlmək istəyirlər və onların biabırçı hərəkətləri, antimilli, xəyanətkar addımları cəmiyyətdə ikrah hissi doğurur. Əgər müxalifət nəyisə əldə etmək istəyirsə, ilk növbədə, o partiyalar naftalin qoxusu gələn ünsürlərdən təmizlənməlidir, sağlam, müasir müxalifət formalaşmalıdır. O müxalifət ki, bizi tənqid edəcək, amma əsaslı tənqid edəcək. O müxalifət ki, ümumxalq məsələlərini hər şeydən üstün tutur. Mən ümid edirəm ki, nə vaxtsa, biz bunu görəcəyik”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar