Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əliyev, Putin və Ruhani görüşəcək

Baxılıb: 744     Tarix: 26-12-2019 11:52   

Ümid edirik ki, Rusiya, Azərbaycan və İran Prezidentlərinin sammiti tezliklə keçiriləcək.
Oxu.az-ın xəbərinə görə, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
O bildirib ki, İran Prezidenti Həsən Ruhani və Rusiya dövlət başçısı Vladimir Putinin təqdim etdiyi regional təşəbbüslər nəzərə alınsa, sammitlərin sayının çoxaldığını demək olar.
“Bu ilin avqust ayında Soçidə Rusiya-Azərbaycan-İran sammiti planlaşdırılırdı. Lakin bu, təxirə salındı. Ümid edirik ki, görüş tezliklə keçiriləcək”, - deyə səfir K.Cəlali əlavə edib.Xatırladaq ki, Rusiya, Azərbaycan və İran dövlət başçılarının Soçi görüşü avqustun 14-nə planlaşdırılmışdı.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə demişdi ki, zirvə görüşü texniki səbəblərdən təxirə salınıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar