Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ƏLİ HƏSƏNOVA GÖZLƏNİLMƏZ ZƏRBƏ - Rəsmi qəzetdən keçmiş köməkçiyə ŞOK ittihamlar

Baxılıb: 626     Tarix: 28-12-2019 12:03   

Prezident Administrasiyasının orqanı olan "Respublika" qəzeti dekabrın 26-da "Bumeranq" sərlövhəli redaksiya məqaləsi dərc edib. Bu məqalədə dövlət başçısının keçmiş köməkçisi Əli Həsənov kəskin tənqidə məruz qoyulub.
Geniş materialda Həsənov korrupsiyada, həmkarlarını satmaqda, ictimai rəyi manipulyasiya etməkdə, ölkənin mətbuat sahəsini məhv etməkdə ittiham olunur.
Xüsusən, o, "Azərbaycan" keçmiş dövlət nəşriyyatının obyektlərini qanunsuz özəlləşdirməkdə, qəzetlər, özəl məktəblər, ali məktəblər və telekanallar kimi şəxsi biznes imperiyasını yaratmaqda ittiham olunur.
Müəllif Həsənovun intriqa, həmkarlarını satması və digər qanunsuz əməllərinə çoxsaylı faktlar gətirir.
Müəllifin adı yazılmayıb, amma qeyd edilən faktlardan göründüyü qədər, bu, "Respublika" qəzetinin redaktoru Teymur Əhmədovdur. Müəllif qeyd edir ki, bu, nəşrin ilk hissəsidir, davamı olacaq.
Bu cür sensasiya yaradan materialın dərc olunmasının Əli Həsənov üçün ən ciddi nəticələri ola bilər və bu, onun təqibinin və qazandığı zənginlikdən məhrum edilməsinin başlanğıcına dəlalət edə bilər. Bu yaxınlarda onun oğlunun "Xəzər" telekanalının rəhbərliyindən kənarlaşdırılması dolayı yolla bunu təsdiq edir. (Turan)

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar