Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Girovların yaxınları ilə görüşdürülməsinin tərəfdarı deyilik..." - İcma sədri Azərbaycanın mövqeyini açıqladı

Baxılıb: 533     Tarix: 28-12-2019 13:01   

"Ermənistanın cinayətkar rejimi tərəfindən həmvətənlərimizin qanunsuz şəkildə saxlanılmasını pisləyir və dərhal onların ölkəmizə verilməsini tələb edirik".
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, təəssüf ki, erməni tərəfi azərbaycanlı girovların ölkəmizə qaytarılmasından imtina edir: "Erməni tərəfi bildirir ki, orada saxlanılan azərbaycanlıların yaxınları ilə görüşdürülməsini təmin edə bilərlər. Lakin biz onların görüşdülməsinin yox, birdəfəlik Azərbaycan tərəfinə təhvil verilməsinin tərəfdadıyıq. Ermənistan tərəfi bizim həmvətənlərimizi qanunsuz şəkildə saxlayır. Öz doğma torpaqlarını, ata-babalarının məzarlarını ziyarət edən şəxsləri cinayətkarcasına yaxalayıb. Mesajımız budur ki, tezliklə girovlarımızı geri qaytarsınlar".



Ən çox oxunanlar
{sape_links}{sape_article}