Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Protokolu pozub yenə söz aldım və dedim ki... - Prezident

Baxılıb: 778     Tarix: 07-05-2020 13:19   

Biz qəti şəkildə tarixin yenidən yazılması, Böyük Vətən müharibəsiylə bağlı həqiqətlərin təhrif olunmasını, faşizmin və faşist cinayətlərinin qəhrəmanlaşdırılması cəhdlərini qınayırıq.
Qanunvehedef.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib. Prezident Azərbaycanın bir çox forumlarda bu mövzuyla bağlı mövqeyini ortaya qoyduğunu bildirib:
“Deməliyəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyi tam olaraq bölüşür. Əlbəttə, bizim üçün bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesi tamamilə qəbuledilməzdir. Bir müddət əvvəl elə güman olunurdu ki, sübut edilməsi tələb edilməyən dəyişməz həqiqətlər var. Böyük Vətən müharibəsi tarixi bunlardan biri idi. Təəssüf ki, biz tarixin təhrif olunması, II Dünya müharibəsindəki qələbədə Sovet İttifaqının rolunun azaldılması və faşizmin qəhrəmanlaşdırılmasıyla bağlı müəyyən dairələrin koordinasiya edilmiş səylərini görürük. Bu tendensiya dayandırılmalıdır. Yalnız birgə səylərlə biz bunu edə bilərik”.
Prezident bəzi ölkələrdə II Dünya müharibəsi abidələrinə münasibətdə vandalizm aktının hörmətsizlik və iyrənclik hissi yaratdığını deyib. O, keçmiş SSRİ məkanında xüsusilə belə şeylərin görünməsinin xoş olmadığını bildirib.
Prezident müsahibə zamanı yenidən Ermənistanda faşist Qaregin Ter-Arutyunyana abidə ucaldılması məsələsinə toxunub:
“Belə insana Ermənistanda altı metrlik abidə ucaldılır, açılışında bu ölkənin prezidenti, keçmiş prezidenti iştirak edir. Bu məsələni qaldırmaqla (MDB-nin Aşqabad sammiti – red.) mən MDB-dəki həmkarlarımın diqqətini ona cəlb etmək istəyirdim ki, biz gərək özümüzdə, öz təşkilatımızda bütün “və”lərə nöqtə qoyaq. Biz burada politkorrektəlik, selektivlik, kiminsə xətrinə dəyməmək prinsiplərini rəhbər tutmamalıyıq. Biz gərək həqiqəti deyək, əks təqdirdə bu təşkilat formatında diskussiya mənasını itirəcək. Mən güman edirdim ki, özünü demokrat kimi təqdim edən Ermənistanın yeni rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Təəssüf ki, mən başqa şey gördüm. Erməni nümayəndə heyətinin rəhbəri, Baş nazir bu canini müdafiə edərək, Ter-Arutyunyanın düşərgədə olması faktının əhəmiyyət daşımadığını, Soljenitsın da düşərgədə olduğunu dedi. Bilirsiniz, mən protokolu pozub, yenidən söz istədim və dedim ki, Soljenitsını faşistlə müqayisə etmək həyasızlığın zirvəsidir. Bütün bunlar böyük təəccüb və çaşqınlıq yaradır, həmçinin Ermənistanda hakimiyyətin dəyişəcəyi, amma rejimin əvvəlki kimi qalacağı fikrinə gətirib çıxarır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar