Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Erməni lobbisi ABŞ-da Bakıya qarşı hərəkətə keçdi

Baxılıb: 945     Tarix: 15-07-2020 11:01   

ABŞ Konqresi Azərbaycana silah tədarükünün qadağan edilməsini müzakirəyə çıxaracaq.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı Amerika Erməniləri Milli Komitəsi (ANCA) yayıb.
ANCA bununla bağlı 2021-ci il hərbi büdcəsinə düzəlişin edilməsinə cəhdlərin olunduğunu bildirib. Bu təklifin erməni lobbisinin üzvləri olan konqresmen Frenk Pallone və Bred Şerman tərəfindən edildiyi vurğulanıb.
Bred Şermanın təklif etdiyi 66 nömrəli düzəlişə əsasən, Azərbaycana hansısa müdafiə məhsulu və xidmətlər ABŞ Prezidentinin Konqresə bu məhsulların mülki aviasiyaya təhdid yaratmayacağına dair zəmanət verməsi ilə tədarük edilə bilər.
Pallonenin təklif etdiyi 397-ci düzəlişə görə isə ABŞ Müdafiə Nazirliyi Azərbaycana hərbi dəstək proqramı haqqında (son bir neçə ildə bu dəstək 120 milyon dollar təşkil edib) Konqresə hesabat təqdim etməlidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar