Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ÖLKƏNİN MARAQLARINI SATAN DİPLOMATLARI HANSI CƏZALAR GÖZLƏYİR? – Hüquqşünasdan açıqlama

Baxılıb: 804     Tarix: 17-07-2020 08:29   

"Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür".
Bunu Azərbaycan prezidenti İlham Əliyeviyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması iləəlaqədar videoformatda qəbul edərkən söyləyib. Prezidentin deməsinə görə, bəzi diplomatlar dövlətə xəyanət, satqınlıq ediblər və bunu gizlətmirlər: "Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var".
Prezident İlham Əliyev ölkə diplomatiyasından da danışıb: "Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir".
Ölkə başçısının vurğuladığına görə, ancaq bir çox hallarda bunun əksi görünür:"Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər".
Prezidentin bəzi diplomatların xarici xüsusi xidmət orqanlarının nəzarətində olduğunu deməsi yaxın zamanlarda XİN sistemində əməliyyatların keçiriləcəyindən xəbər verir. Bəs ölkənin maraqlarını satan diplomatları hansı cəzalar gözləyir?


Tanınmış hüquqşünas Hafiz Həsənov “AzPolitika.info”-ya şərhində bildirib ki, bu əməli törədənlər Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət maddəsi ilə cəzalandırılır: “Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə— əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar