Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Azərbaycan qısa müddətdə öz torpaqlarını azad etmək üçün qəti addımlar ata bilər"

Baxılıb: 988     Tarix: 05-08-2020 12:45   

"Hazırda Ermənistan tərəfi qorxu və panika içindədir".
Bunu "MediaPost"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Azərbaycanın qətiyyətli mövqeyi və Türkiyə ilə birgə keçirilən hərbi təlimlər düşməndə vahimə yaradıb:
"Onlar düşünürlər ki, Azərbaycan qısa müddətdə öz torpaqlarını azad etmək üçün qəti addımlar ata bilər. Həqiqətən də bu, onların düşündüyü kimidir. Çünki illərdir danışıqlar fayda vermir, bu prosesi 25 il də aparsaq, nəticə olmayacaq. Ona görə də absurd təkliflərini yenə də səsləndirirlər. Guya qondarma rejim öz müqəddəratını həll etmək üçün birbaşa danışıqlar aparmalıdır. Biz illərdir ki, belə absurd fikirləri rədd edirik, niyə indi qəbul etməliyik ki? Rusiya sülhməramlılarının bölgəyə gətirilməsi təklifi də erməni hakimiyyətinin hiyləgər gedişidir. Onlar bizi Rusiya ilə üzbəüz qoymaq istəyirlər. Hazırda münaqişə sülhməramlıların gəlişini gündəm edəcək mərhələdə deyil. Sülhməramlı mövzusu sonrakı məsələdir".
Politoloqun fikrincə, biz Ermənistan tərəfinin absurd təkliflərinə qulaq asmayıb, Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik ki, son sözümüzü deyə bilək:
"Hətta ATƏT-in 1994-cü il Budapeşt Sammitində belə bir razılaşma olmuşdu ki, sülhməramlılar həmin ərazilərə maraqlı dövlətlərin hərbçiləri olmamalıdır. Söhbət Rusiya, Fransa və ABŞ ordusundan gedir. Burada Skandinaviya ölkələrinin nümayəndələri, Polşa, Çexiya kimi neytral dövlətlərin hərbçiləri olmalı idi. Buna görə də biz erməni tərəfinin boş təkliflərinə qulaq asmalı deyilik. Öz işimizlə məşğul olub, hərbi qüdrətimizi artırmalıyıq. Eyni zamanda, Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik ki, son sözümüzü deyə bilək".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar