Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Tovuz təxribatının 40-cı günü Goranboya diversiya...

Baxılıb: 740     Tarix: 25-08-2020 12:43   

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Rəsmi məlumatda bildirilir ki, döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan tərəfin rəsmi məlumatından bir gün sonra Ermənistan Müdafiə Nazirliyi əməllərini ört-basdır etməkdən ötrü erməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandir Qurgen Alaverdyanın Azərbaycan Ordusu tərəfindən əsir götürülməsi ilə bağlı gülünc açıqlama yayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan zabit Qurgen Alaverdyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən “azdığını” bildirib.
“22 avqust saat 19:30 radələrində döyüş mövqelərini yoxlamaq üçün gedən Qurgen Alaverdyan hava şəraitinin pis olmasına görə azıb. Axtarış işləri davam edir”.
Maraqlıdır ki, bunun ardınca Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət də bildirilib. Belə görünür ki, Ermənistan Müdafiə Nazirliyi artıq diversantların komandiri Q.Alaverdyanın əsir alındığından məlumatlıdır. Belədə, görəsən, hansı “axtarış işləri” aparırlar?
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur:
“Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan Müdafiə Nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından ”yolu azaraq itkin düşüb" deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı sözsüz ki, Ermənistan Müdafiə Nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi.
Əgər bir zabit “itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir.
Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni ssenariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir.
Qeyd edək ki, Ermənistanın bu təxribatının da qarşısı Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində qətiyyətlə alınıb.
Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".
Ermənistan ordusunun son günlər aktivləşməsi və itkilər verməsi araşdırılması mövzulardandır. Belə ki, son günlər “Gəncəni vuracaqları” ilə bağlı sərsəm iddialar səsləndirən düşmənlərin bu cəsarəti hardan əldə etdikləri daha çox sual doğurur. Tovuz döyüşlərində KTMT və Rusiyadan kömək istəyən,ş Minskdə “sülh danışıqlarının bərpasına hazırıq” deyən Ermənistan hakimiyyəti yenidən “buynuzunu niyə çomağa sürtmək” istəsin ki? İstisna deyil ki, bu, “Ermənistanın boyunu aşan” təxribatdır. Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqu ilə Moskvada görüşən gün Goranboy istiqamətində diversiya-təxribat hücumu oldu. Təsadüfdürmü? Qəti şəkildə!
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə, korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a deyib ki, ermənilər bu təxribatı da məqsədyönlü şəkildə həyata keçiriblər: “Məhz Tovuz hadisələrinin 40-cı günündə bu addımı atmaqla onlar qisas almaq niyyəti güdüblər. Yəni 40 gün öncə həm mövqe, həm də canlı itki verən ermənilər bunu nəiləsə əvəzləməlidirlər ki, öz vətəndaşları qarşısında cavab versinlər. Göranboy istiqaməti də elə-belə seçilməyib, ən strateji yüksəklikdə yerləşən postların bir neçəsi də orda yerləşir”.
A.Nağıyev kəşfiyyat komandirinin çox sirrləri açacağını güman edir:
“Təbii ki, bu, ələ keçirilən, əsis götürülən qrup rəhbəri olan zabitlə sorğu-sualdan sonra çox məsələlərə aydınlıq gələcək. Ermənilər onu ”fərari" də adlandıracaqlar, “yolunu azaraq itmiş” kimi də qələmə verəcəklər. Amma fakt faktlığında qalır. Ümumiyyətlə, status-kvonu saxlamaq üçün belə böyük tədbir və görüşlər ərəfəsində təxribatların törədilməsi ehtimalı daha çoxdur və gözləniləndir. Bu təxribat həm də Şoyqunun Azərbaycana səfəri ərəfəsinə təsadüf edir. Birbaşa əlaqəsi olmasa da, burada hansısa əlaqəni də inkar etmək olmaz".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar