Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyalı ekspert: "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır"

Baxılıb: 572     Tarix: 28-09-2020 15:10   

"Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı təcavüz yoxdur. Əksinə, Azərbaycan uzun illərdir torpaqlarını işğal altında saxlayan Ermənistanın təczvüzkarlığına cavab verir. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizəsidir".
Bu fikirləri "Report"un Rusiya bürosuna eksklüziv müsahibəsində rusiyalı politoloq Aleksandr Perenciyev deyib.
"Ermənistanın qeyd-şərtsiz qaytarmalı olduğu torpaqları Azərbaycan indi qaytarmağa çalışır. Mənəvi cəhətdən haqlı tərəf Azərbaycandır", – ekspert bildirib.
Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan mütəmadi olaraq "Azərbaycan öz ərazilərini hərb yolu ilə qaytarmaq qərarına gəlsə, hamı əziyyət çəkəcək" fikrini önə çəkərək beynəlxalq birliyə təzyiq göstərməyə çalışır ki, hamı hərbi əməliyyatlara qarşı çıxsın: "Danışıqları sonsuzluğadək uzatmaq Ermənistana sərf edir. Bu danışıqları onlar torpaqları qaytarmaqdan savayı hər şey barədə aparmağa hazırdır".
Təmas xəttində sentyabrın 27-də baş verən hadisələrə dair Rusiyanı mövqeyini şərh edən politoloq Moskvanın bütün hallarda hərbi əməliyyatlara dəstək verməyəcəyini, münaqişənin dinc yolla həllinə tərəfdar çıxacağını vurğulayıb:
"Fikrimcə, yenə də Rusiya danışıqların zəruriliyi barədə danışmaqdan savayı həm də bu danışıqları irəli aparmaq üçün müvafiq mexanizm yaratsaydı, daha yaxşı olardı. Yəni İlham Əliyev demişkən danışıqlar xatirinə danışıqlar yox, nəticə xatirinə danışıqlar olsun. Təəssüf ki, hələlik Rusiya bu cür mexanizm ortaya qoymayıb".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar