Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Türkiyəyə qarşı gizli oyun: Afrikadan Asiyaya qədər… - Ağar

Baxılıb: 568     Tarix: 23-07-2021 13:05   

Terror və təhlükəsizlik məsələləri üzrə türkiyəli məşhur ekspert Abdullah Ağarın Axar.az-a müsahibəsi:
- Avropa mətbuatında AB-nin Liviyaya hərbi hava qüvvələri və quru qoşunlarına aid birləşmələr göndərəcəyi haqqında məlumatlar yayılıb. Bu, eyni zamanda, Türkiyəni sıxışdırma həmləsidir. Hadisələrin belə inkişafı Türkiyənin Liviyadakı mövqeyinə necə təsir göstərəcək?
- Liviya ilə bağlı məsələ çox açıqdır. Çünki Türkiyənin Liviyanın legitim hökuməti ilə imzaladığı strateji anlaşmalar həm Liviya, həm Şimali Afrika, həm də Sahel bölgəsi başda olmaqla, Afrikanın geosiyasəti ilə bağlı bugünədək süni şəkildə qurulmuş balansı pozur. Bu məsələnin digər bir önəmli tərəfi Şərqi Aralıq dənizidir. Türkiyənin Liviyanın təhlükəsizliyi və özünün milli maraqları baxımından əldə etdiyi uğurları ortadan qaldırmaq üçün çox ciddi şəkildə bağlı qapılar arxasında diplomatiya aparılır. Eyni zamanda, Liviya keçid hökuməti üzərində ağır bir təzyiq var. Liviyada maraqları olan ölkələrin ən böyük problemi Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinin ordakı muzdlular və xarici döyüşçülərdən fərqli şəkildə qanuni statusa sahib olmasıdır. Türk əsgəri beynəlxalq hüquq çərçivəsində Liviya hökuməti ilə 2019-cu ildə imzalanmış “Təhlükəsizlik və hərbi əməkdaşlıq üzrə anlaşma memorandum” çərçivəsində orada fəaliyyət göstərir. Əslində orada Haftarın tərəfində çıxış edən Fransa, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Misir olmamalıdır. Adlarını sadaladığım ölkələrin Liviyadakı varlığı illeqaldır, Türkiyənin deyil.
- Rusiya Türkiyəyə yeni silah sistemlərinin satıla biləcəyini açıqladı. Bunun ardından Blinkenin köməkçisi Viktoriya Nuland Ankaranın Rusiyadan silah sistemləri alacağı təqdirdə yeni sanksiyaların tətbiq ediləcəyini bildirdi. Sizcə, Rusiya ilə yeni bir S-400 anlaşması imzana bilərmi?
- S-400 Türkiyə üçün siyasi məsələ deyil, hərbi ehtiyacdır. Əgər Türk Silahlı Qüvvələrinin yüksək hündürlükdə hava hücumundan müdafiə sisteminə ehtiyacı varsa və bununla bağlı Rusiya ilə lazımi əməkdaşlıq mühiti formalaşıbsa, niyə də bu olmasın? Türkiyə öz müttəfiqləri tərəfindən hava hücumundan müdafiə sistemi zəif olan bir ölkə halına gətirildi. Bizdə buna aid “kəndirbaza bax” deyimi var. ABŞ S-400 məsələsindən siyasi təzyiq vasitəsi kimi istifadə edərək PKK, YPG və FETÖ terror təşkilatları ilə bağlı məsələlərdə Türkiyənin güzəştə getməsinə nail olmaq istəyir.
- Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinə səfəri zamanı ABŞ-ın lazımi dəstəyi verəcəyi halda Əfqanıstanda Türkiyənin fəaliyyət göstərəcəyini dedi. Taliban sözcüsü Zabihullah Mücahid Türkiyə ilə dialoq mesajı verdi, ancaq Kabil hava limanında xarici qüvvələri görmək istəmədiklərini bəyan etdi. Həm ABŞ, həm də Taliban ilə anlaşma mümkün olacaqmı?
- ABŞ ilə müzakirələr müsbət nəticələnsə, Türkiyə Həmid Kərzayi adına Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin edəcək. Bunun Türkiyə üçün çox böyük əhəmiyyəti var. Rusiya, Çin və İran ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra ortaya çıxan boşluğu doldurmağa çalışır. Türkiyə və ABŞ bütün bunları görür. Bununla yanaşı ABŞ- Türkiyə münasibətləri uzun müddətdir ki, gərgindir. Türkiyənin Əfqanıstandakı fəaliyyətinin iki ölkə arasında etimadın bərpa olunmasında rol oynaya biləcəyini düşünürəm. Eyni zamanda Türkiyə artıq böyük bir geosiyasi oyun oynamağa başladı. Bu geosiyasi oyunda Cənubi Asiya və Cənub-Şərqi Asiya bölgələri əhəmiyyətli yer tutur. Bu baxımdan Kabil hava limanı önəmli bir körpü rolunu oynaya bilər. Digər tərəfdən islam aləmi ağır şəkildə zəiflik içərisindədir. Bu zəifliyin səbəblərindən biri də Əfqanıstandakı vəziyyətdir. Əfqanıstan hazırda radikalizmin pəncəsindədir. İslam dünyasında normallaşmanın təmin edilməsi baxımından Türkiyənin orada olmasının böyük əhəmiyyət daşıdığını düşünürəm. Türkiyə ilə Talibanın anlaşmasının mümkün olub-olmayacağını da zaman göstərəcək. Çünki Taliban özü də daxildə 7-8 yerə bölünüb. Taliban hazırda “nailiyyətləri”ni artırmaq üçün Türkiyəyə qarşı sərt çıxışlar edir. Ancaq son nəticədə Türkiyənin orda olması Talibana bağlı deyil. Müxtəlif çətinliklərlə üzləşsə də, Türkiyə Talibana rəğmən Əfqanıstanda ola və onun bir sıra əməllərini əngəlləyə bilər. Hazırda hər kəs Əfqanıstanda sabitliyin bərqərar olmasını istəyir. Əfqanıstan üzərində təsiri olan Pakistan və Qətər kimi ölkələr var. Bu ölkələrlə birlikdə Əfqanıstanla bağlı bir konsensus əldə edilə bilər. Ancaq bunun çətin olacağını dəyərləndirirəm. Taliban hazırda ordakı bir sıra ölkələrə baxıb özünü güclü hiss edir. Doğrudur, Əfqanıstanda Türkiyə ilə Taliban arasında bir qarşıdurma olsa, doğrudur, bizim də itkilərimiz olacaq. Lakin burada əsl itirən tərəf Taliban olacaq. Türkiyə vəziyyətin bu nöqtəyə çatmaması üçün çalışır. Digər tərəfdən, bu bəlkə Əfqanıstanın sonuncu şansıdır. Çünki Əfqanıstanın Türkiyə üzərindən insanlığa açılan bir qapısının olması lazımdır. Əgər o qapı da bağlansa, Əfqanıstan tamamilə Taliban qaranlığına qərq olacaq. Bu səbəbdən Türkiyənin Əfqanıstan üçün son şans olduğunu düşünürəm.

Qanunvehedef.azшаблоны для dle 11.2