Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sənəd imzalanıb, bu kəndlər qaytarılır - Qriqoryan

Baxılıb: 688     Tarix: 06-08-2021 12:59   

Qazaxın 7 kəndinin Azərbaycana geri qaytarılması ilə bağlı Ermənistan parlamentində qapalı müzakirə aparılıb. Erməni deputat Anna Qriqoryan iclas zamanı rəsmi İrəvanı bu mövzü ilə bağlı ictimayəti aldatmamağa çağırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı parlamentdəki mötəbər mənbəyə istinadən xəbər yayıb.
Anna Qriqoryan öz çıxışı zamanı Ermənistan hakimiyyətinin Naxçıvanın Kərki, Qazaxın Yuxarı və Aşağı Əskipara da daxil olmaqla, 7 kəndi, o cümlədən Xinzirək kəndlərinin Azərbaycanın nəzarəti altına vermək istəyini açıqlayıb.
“Belə bir sənədin artıq imzalandığı bidirilir. Gələcəkdə İrəvanın bütün Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyacağını da istisna olunmur. Ermənistan ictimayəti Əskipara məsələsi ilə bağlı suallar içindədir. Xalqa artıq hər şeyi düz danışmağın vaxtıdır”, - deyərək o bildirib.
Qeyd edək ki, Kərki ilə bərabər, Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Azərbaycanın eksklavlarıdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar