Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Erməni parlamentində müzakirə: Bu kəndlər Azərbaycanındır

Baxılıb: 495     Tarix: 06-08-2021 14:06   

Gərək etiraf edək ki, Tavuşda Ermənistanın yurisdiksiyası altında olan Azərbaycan torpaqları var. Bu ərazilərin Azərbaycana qaytarılması ehtimalı böyükdür.
Qanunvehedef.az erməni mediasına istinadla xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin qapalı iclasında Tavuşu təmsil edən, “Mülki Müqavilə” fraksiyasından olan deputat Vaqe Qalumyan bildirib.
“Mən istisna etmirəm ki, bizdə bu problem var. Hər şeyi anlamaq üçün oturmaq, danışmaq lazımdır. Bu gün mən Tavuşa gedəcəyəm ki, baş verən proseslərlə yerindəcə tanış olum”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, ötən gün Ermənistan müdafiə Nazirliyi rusiyalı sərhədçilərin Qazaxın Ermənistan sərhədləri içində olan Əskipara kəndinə yerləşdirildiyi haqda məlumatı təsdiqləyib. Erməni politoloqlar isə Azərbaycanın eksklavı olan Qazaxın 7 kəndinin geri qaytarılması üçün rus sərhədçilərin gətirildiyi haqda fikirlər səsləndiriblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar