Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Əliyevdən İrana: 1-ci xəbərdarlıq, 2-ci rəsmi nota, 3-cü dəfə...

Baxılıb: 348     Tarix: 27-09-2021 13:48   

Hər ayın əvvəlində, bizdə məlumat toplanır ki, nə qədər İran TIR-ı Qarabağa daxil oldu, nə qədər TIR çıxdı, nə gətirdi, nə apardı. Onların qeydiyyat nişanlarına qədər bizdə bütün məlumatlar var. Onlar mətbuatda dərc olunub.
Qanunvehedef.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.
"Bundan sonra onlar İran TIR-larının üzərinə erməni nömrələrini vurmağa başladılar. Belə bir saxtakarlığa əl atdılar və bizi aldatmağa başladılar. Onu da qeyd etmək istəyirəm ki, eyni nömrəni bir neçə fərqli TIR-ın üzərinə də yapışdırdılar. Bu onu göstərir ki, bu işi davam etdirmək, sadəcə, bunu pərdələməkdir.
Belə olan halda, artıq biz rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Biz ümid edirdik ki, buna son qoyulacaq. Buna baxmayaraq, avqust ayının 11-dən sentyabrın 11-dək 60-a yaxın İrandan gələn TIR qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün biz əməli-praktiki addımlar atdıq. Bizim addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar