Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ABŞ Səfirliyindən erməni hərbçilərin qaytarılmasına münasibət

Baxılıb: 726     Tarix: 09-09-2022 10:40   

ABŞ-ın Azərbaycandakı Səfirliyi 5 Ermənistan hərbçisinin öz ölkəsinə təhvil verilməsinə münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.
Səfirlik ötən gün baş tutan təhvilvermə prosesini alqışladığını açıqlayıb: “Bunu Ermənistan və Azərbaycanın sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk. Ümid edirik ki, Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya 5 nəfər Ermənistan hərbçisinin Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verdiyini açıqlayıb. Bunlar Aqramanyan Martin Muşeqoviç, Gevorkyan Aşot Artakoviç, Qriqoryan Feliks Arşakoviç, Manukyan Varazdat Amuşavan və Hovsepyan Edik Tiqranidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar