Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ceyhun Bayramov İspaniya Senatının sədri Ander Xil Qarsiya ilə görüşüb

Baxılıb: 782     Tarix: 09-09-2022 11:51   

Xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Senatının sədri Ander Xil Qarsiya ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, nazir Ceyhun Bayramov son 30 il ərzində Azərbaycan-İspaniya diplomatik münasibətlərinin dostluq və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında qurulduğunu, iqtisadiyyat, ticarət, energetika, humanitar, təhsil, turizm və yüksək texnologiyalar sahəsində geniş əməkdaşlıq perspektivləri olduğunu vurğulayıb. O, post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası barədə məlumat verib.
Senatın sədri Ander Xil Qarsiya xarici işlər nazirinin səfərinin, diplomatik akademiyalar arasında memorandumun imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Görüş zamanı, Azərbaycan Milli Məclisinin Sədrinin 2021-ci ildə Madridə səfəri xatırlanıb və Qoşulmama Hərəkatının patlament şəbəkəsinin yaradılması qərarının məhz Madriddə verildiyi bildirilib.
Daha sonra ikitərəfli gündəlikdə duran məsələlər, regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.







Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar