Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda türk dövlətlərinin din xadimlərinin beynəlxalq konfransı keçiriləcək

Baxılıb: 938     Tarix: 17-10-2022 12:23   

Oktyabrın 21-də Gülüstan sarayında “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev başda olmaqla Türkiyə Diyanət İşləri başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.
Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaq.
Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.шаблоны для dle 11.2