“Qarabağ separatçıları tezliklə ləğv ediləcək”
Baxılıb: 847 Tarix: 19-10-2022 15:01
“Qarabağ separatçıları tezliklə ləğv ediləcəklər. Qərb də bu variantla razıdır? 29.800 kvadrat kilometr ərazini saxlamaq bugünkü Ermənistan hakimiyyətinin ən böyük məqsədidir”.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov feysbuk hesabında yazıb.
O, fikirlərinə belə davam edib: “Bəli, Azərbaycan ona nail oldu ki, Qərbi Zəngəzur və Göyçənin gələcəkdə Ermənistanın tərkibində qalıb-qalmaması ilə bağlı məsələ ciddi şəkildə müxtəlif beynəlxalq kuluarlarda müzakirə olunur.
Kommunistlərin qondarma qərarlarının qeyri-hüquqi olmasını nəzərə alsaq, SSR-yə daxil olarkən 114.000 kv.km-lik Azərbaycan Xalq Cümhuriyyəti və 9.000 kv.km ərazisi olan Ararat Respublikasının xəritələri Cənubi Qafqazın yeni bölgüsünün reallığıdır.
Azərbaycan Respublikası 1991-ci ilin bu günü (18 oktyabr-red.) müstəqilliyini qurarkən Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi. Varis kimi Qərbi Zəngəzur və Göyçə torpaqlarının gələcək müqqədaratı aktuallaşdırır. Bu isə, Fransanın təklif etdiyi 1991-ci il Almatı, Rusiyanın təklif etdiyi 1974-cü il Baş Qərargahdakı xəritələri qeyri-aktual edir. Yeri gəlmişkən, Ermənistanın 1991-ci il Almatı sazişinə üstünlük verməsinin səbəbləri aşağıdakılardır: a. 1980-ci illərdə anklavlar kolxozçuluq bəhanəsilə Ermənistana verilib. b.1929-cu ilə qədər Qərbi Zəngəzur və Göyçənin əksər ərazilərinin Ermənistan SSR yə verilməsi başa çatıb.
Lakin, yuxarıda qeyd edildiyi kimi iki ölkə arasında sərhədlərlə bağlı beynəlxalq hüquqa söykənən xəritələr 1920-ci ilin noyabr ayına qədər olan xəritələrdir.
Bu fonda, Azərbaycanın hazırda əldə etdiyi nailiyyətlərdən biri Qarabağ mövzunu beynəlxalq müzakirələrdən kənarlaşdırmaq oldu. Nəticədə, hazırda Qərb nümayəndələrinin Ermənistanlı həmkarları ilə görüşlərdə sərhəd, Qərbi Zəngəzurun "qorunması" məsələləri qabardılır, əvəzində Qarabağla bağlı mövzu artıq daha az qabardılmaqdadır. Buna səbəb kimi Qərbin və Ermənistanın özünün Qarabağın Azərbaycanın tərkib hissəsi olması fikri ilə getdikcə daha çox barışmalarıdır. Bunun da nəticəsidir ki, Avropa İttifaqı və ABŞ Qarabağın dağlıq hissəsinin müstəqilliyi və ya Ermənistana birləşdirilməsi kimi çıxışları unudub. Əvəzində yerli ermənilərin müəyyən hüquq və preroqativlər qarşılığında mərkəzə inteqrasiya edilməsi variantının yegane variant olmasını başa düşməkdədirlər. Heç də təsadüfi deyil ki, Ermənistan prezidenti 2 gün əvvəl verdiyi açıqlamada beynəlxalq vəziyyətə toxunaraq İrəvanın vəziyyətlə barışmalı olduğunu qeyd etdi.
Bu arada, bölgədəki yeni reallıqla barışmaq istəməyənlər aşağıdakı halla qarşılaşsalar narahat olmasınlar.
1. Qarabağ erməniləri vətəndaşlıq alırlar. Yerli özünüidarəetmə ilə idarəetmədə iştirak edə bilərlər. Bölgədəli polis və hərbçilər ləğv edilir. Qondarma qurumlar ləğv edilir. Heç bir siyasi, administrativ statusa malik olmur.
2. Qərbi Zəngəzur Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirir.
3. Göyçə gölü Azərbaycanın qərb sərhədlərini, Xəzər isə şərq sərhədlərini yuyur”.
Ən çox oxunanlar
Son xəbərlər