Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İranla sərhəddə hərbi təlimlərlə Tehrana belə mesaj verildi - Video

Baxılıb: 732     Tarix: 05-12-2022 14:57   

Xəbər verdyimiz kimi, Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qanunvehedef.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin təlimlərə dair yaydığı görüntülərdə diqqəti çəkən məqamlardan biri də çaylar üzərində keçid açmaq məqsədilə panton körpünün salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif  tapşırıqların icra edilməsi olub. Bunu bir növ İrana ünvanlanan mesaj kimi dəyərləndirmək olar. Bununla da rəsmi Tehrana “qardaşların dəmir yumruğu yerindədir” ismarışı verilib.
Qeyd edək ki, bir müddət əvvəl İranın Silahlı Qüvvələri Azərbaycanla sərhəddə təlimlər keçirib. Həmin vaxt SEPAH Araz çayı üzərində panton körpülərlə quru qoşunlarını keçirmə təlimi keçirib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar