Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Prezidentin etimadını itirən istənilən şəxsə qarşı güzəşt limiti bitib" - Zahid Oruc

Baxılıb: 531     Tarix: 07-12-2022 11:56   

"Prezidentin etimadını itirən istənilən şəxsə qarşı güzəşt limiti bitib".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev I Qarabağ müharibəsinin nəticələrini beynəlxalq gündəliyə daxil etməkdə israrlıdır.
Deputat bildirib ki, Baş Prokurorluq son illər yeni obrazda Azərbaycan xalqının qarşısna çıxır, ictimai nüfuz və etibar qazanır: "Bu qurumun xüsusilə II Qarabağ müharibəsi dövründə hüquq səngərində göstərdiyi peşəkarlıq döyüş meydanlarında aparılan əməliyyatlar qədər vacib idi. Baş Prokurorluğun Ermənistana casusluqda ittiham olunan şəxslərlə bağlı uzun illər davam edən, müxtəlif informasiya vasitələrində dövlət və ordu əleyhinə çevrilən əməllərə obyektiv və qanuni qiymət verilməsi üçün dövlət başçısının tapşırığı ilə xüsusi komissiyanın yaradılması və hüquqi düyünə salınan işgəncə cinayətlərinə yenidən qiymət verməsi mühüm hadisə idi. Əlbəttə, hərbi sistemdə mövqe tutan şəxslərin, o cümlədən həmin əməllərə anındaca qiymət verməli olan istintaq qrupunun və hakimlərin ağır mirası indi yüzlərlə ailənin, cəmiyyətin ədalətli qərarı ölkə rəhbərindən gözləməsinin başlıca səbəbidir. Prezidentin etimadını itirən, rütbəsindən və mövqeyindən asılı olmayaraq, hər kəsə qarşı güzəşt limiti bitib".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər