Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Həmin dərmanların qiymətinin artması qaçılmaz idi”

Baxılıb: 496     Tarix: 09-12-2022 12:15   

“Bir sıra millət vəkilləri tərəfindən istehlak bazarında ərzaq qiymətlərində və dərman qiymətlərin artımlarla bağlı narahatlıq ifadə edilib”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
O qeyd edib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının 2 rəqəmli olmasına səbəb olub: “Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Yalnız bu aydındır ki, dünya fevraldan öncə olduğu vəziyyətdə olmayacaq. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir.
İnflyasiya ölkəmizdə əsasən ərzağın bahalaşması hesabına olub, Azərbaycan dərman məhsullarının 95 %-dən çoxunu idxal edir: Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və s. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir. Şura tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2 %-dir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar