Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan və Ermənistan bir-birinə qarşı iddiaları geri götürür

Baxılıb: 942     Tarix: 12-03-2025 15:25   

Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi müzakirə edirlər.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bəli, biz beynəlxalq hüquqi platformalarda mübahisələrdən, məhkəmə çəkişmələrindən və bir-birimizə qarşı şikayətlərdən imtina edilməsini müzakirə edirik”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, İrəvan və Bakı arasında “Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən üçüncü tərəflərin çəkilməsi məsələsi” də müzakirə olunur.
Ermənistan XİN başçısı qeyd edib ki, müvafiq konstruktiv yanaşma sayəsində Azərbaycan və Türkiyə ilə münasibətlərdə qısa zamanda nəzərəçarpacaq irəliləyiş əldə etmək mümkündür.

Qanunvehedef.az 



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar