Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Zatulin Azərbaycanı qəsdən təxribata çəkir – Cavab

Baxılıb: 483     Tarix: 05-10-2018 17:23   

Zatulinin Dağlıq Qarabağda müharibə başlasa, bunun Azərbaycanın dağılması ilə nəticələnəcəyini iddia etməsi ermənilərin pulu ilə qidalanan, həmişə azərbaycanlılara qarşı kin bəsləyən bir təxribatçının mövqeyindən o tərəfə keçmir.
Bunu Qanunvehedef.az-a Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlamasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq vurğulayıb ki, Zatulinin fikirləri qətiyyən Rusiya dövlətinin mövqeyini əks etdirmir:
“Bu təxribatçı başa düşmür ki, beynəlxalq hüquq və təşkilatların qərarları Azərbaycanın haqq işini müdafiə edir. BMT-nin dörd qətnaməsi, NATO sammitinin, Avropa Şurası, Avropa Parlamentinin verdiyi qərarlar, Qoşulmayanlar Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bəyanatları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini birmənalı qaydada təsdiqləyir. O üzdən Azərbaycanın hərbi gücünə şübhə yaratmaq ermənipərəst təfəkkürdən irəli gələn avantürist bir adamın fikirləridir. Azərbaycan öz ərazilərini işğaldan azad etmək istəyir və bununla bağlı mövqeyini heç vaxt gizlətməyib. Gürcüstan, Moldova, Ukrayna və postsovet məkanındakı münaqişələrin həll olunması ilə bağlı dünyanın hazırladığı həll variantı var. Burada ərazi bütövlüyü əsas prinsip olaraq götürülür və münaqişələrin məhz bu prinsip əsasında tənzimlənməsi tələb olunur”.
Politoloq bildirib ki, dünya ictimai rəyində ərazi bütövlüyü prinsipinin formalaşdığı bir zamanda çox şübhəli keçmişə malik olan, dəfələrlə Dağlıq Qarabağa səfər edən Zatulinin avantürist çıxışları açıq şəkildə postsovet məkanındakı konfliktlərin körüklənməsinə xidmət edir:
“Bu, qətiyyən Rusiya tərəfindən təqdir edilmir. Rusiya dövlətinin mövqeyi Putinin Bakı səfərində bir daha açıq surətdə ortaya qoyuldu. Azərbaycan və Rusiya münasibətləri özünün ən yüksək səviyyəsinə çatmaqdadır. Sadəcə olaraq ermənilərə quyruq bulayan bu adam onları ruhlandırmaq və Azərbaycana psixoloji təzyiq göstərmək niyyəti güdür. Bu kimi mənfur çıxışlar Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Azərbaycan bu avantüraya əhəmiyyət vermədən ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində iradəli və ardıcıl addımlar atmaqda davam edəcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar