Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

RAMİZ MEHDİYEVDƏN İBRAHİMOVA ŞOK İTTİHAMLAR – “Dövlətin maliyyə yardımları öz ünvanına çatmayıb”

Baxılıb: 727     Tarix: 24-04-2018 15:30   
“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.
Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”. шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar