Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ehtiram Alişanov- Körpə fidanların xilaskarı

Baxılıb: 2 499     Tarix: 18-04-2019 10:24   
Öz sənətini sevən, ona dərindən yiyələnən təcrübəli həkimlərimiz xalq arasında həmişə nüfuz, hörmət sahibi olublar, Belə "ağxalatlılar" mızın fədakarlılığı ilə hər gün neçə-neçə insan həyata qayıdır
 Azərbaycanda əhalinin sağlamlığının keşiyində vicdanla, şərəflə duran, onlara canla-başla xidmət edən bacarıqlı həkimlər çoxdur.  Belə həkimlərdən biri Medera Hospitalın Həkim-nevropotoloqu Ehtiram Alişanovdur. Redaksiyamıza daxil olan məktublar içərisində Ehtiram Alişanova edilən minnətdarlıqların sayı – hesabı yoxdur.  Qanun və Hədəf.az saytına ünvanlanan minnətdarlıqlar arasında bir məktub xüsusilə diqqətimi çəkdi.

Hörmətli redaksiya! 
n Gəncə şəhərində yaşayıram. Bu yaxınlarda bir acı xəbərlə bütün şəhərimiz sarsıldı: şəhərimizin savadlı və LAYİQLİ oğullarından biri olan Samir müəllimin övladı Ağa epilepsiya xəstəliyindən əziyyət çəkdiyini eşitdik. Bu günlər isə şad xəbərlər eşidirik. Medera  Hospitalda müalıcə alan Ağa kritik vəziyyətdən çıxıb və onun sağalmağına doğru ciddi irəliləyiş var. Buna çox sevinirik. Mən Gəncə əhalisi adında Ağanın müalicə almasında əməyi keçən Dr. Ehtiram Alişanova dərin təşəkkürümü bildirirəm. Xahiş edirəm, təşəkkürümü Dr. Ehtiram Alişanova çatdırasınız. Qiymətli əlləriniz yorulmasın, zehniniz həmişə iti olsun!
Gəncə əhalisi adından.
Hörmətli redaksiya!
  
Nəvəm uzun müddətdir ki, güclü baş ağrılarından əziyyət çəkirdi. Çox həkimlərə müraciət etmişdim, ancaq əlac tapılmırdı. Nevroloqlar başında şiş olduğuna görə dərmanın təsir etmədiyini, neyrocərrahlar isə, bu ağrıların ancaq əməliyyat vasitəsilə keçəcəyini bildirirdilər.
  Medera Hospitalının nevropotoloqu  Ehtiram həkim nəvəmdə qorxulu bir hal olmadığını bildirdi və onun müalicəsindən sonra nəvəm öz sağlamlığına qovuşdu. 
Mənim üçün böyük şərəf olardı ki, mənim təşəkkürümü Ehtiram həkimə bildirəsiniz.
 HörmətləMəmmədova Sürəyya 

Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Sizdən xahiş edirəm ki, Ehtiram Alişanov kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək. İstərdim ki, Ehtiram həkimin də zəhmətini qiymətləndirəsiniz. Və sonda qızımın müalicəsin də çəkdiyi zəhmətə görə Ehtiram həkimə təşəkkür edirəm. Həyatda və işlərində uğurlar arzulayıram. Onun diqqət və qayğısı sayəsində artıq qızım sağlamlığını bərpa edib.
Hörmətlə;
Bakı Şəhər sakini Sevinc Əsgərovaшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar