Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Daha 191 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Baxılıb: 744     Tarix: 03-10-2019 10:42   

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, komissiyanın növbəti iclasında daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 619 şəhidin 17 302 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib. Qeyd edək ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 95 faiz icra olunub. 

шаблоны для dle 11.2



buy yes2win seo ranking