Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı iki variant təklif edilir

Baxılıb: 608     Tarix: 03-10-2019 14:12   

“Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı hazırda iki variant təklif edilir”.
Bunu “Report”a İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyev bildirib.
O vurğulayıb ki, İslam İnkişafı Bankı ölkədə İslam bankçılığının tətbiqi ilə əlaqədar hökümətə 2017-ci ildə 200 min dollarlıq qrant ayırıb: “Hesab edirik ki, layihə davamlı ola bilər. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi layihədə icraçı qurumdur. Layihə ilə bağlı bu günədək müəyyən işlər görülüb. “IFAAS və EKVITA” konsorsiumu cəlb edilib. Konsorsiumun məqsədi yerli qanunvericiliyi öyrənmək və gələcəkdə müvafiq tövsiyələr təklif etməkdir. Ümumiyyətlə, iki variant təklif edilir – İslam bankçılığın ölkədə tətbiqi ilə bağlı ayrıca qanunvericiliyin hazırlanması, yaxud da mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə İslam bankçılığının əsəs məhsullarını təqdim etmək üçün imkan yaradılması təklif edilir. Bu isə ölkədə fəaliyyət göstərən bankların tərkibində İslam bankçılığının pəncərələrinin açılması ilə mümkün olur”.
“Konsorsium müəyyən təkliflərini bu il ərzində verməsi gözlənilir”, – deyə İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi bildirib.
T.Tağıyev qeyd edib ki, İslam bankçılığı alternativ maliyyə mexanizmlərinin tətbiq edilməsi üçün lazımlı mexanizmdir: “İslam bankçılığı faizsiz, dəyərsiz fəaliyyət demək deyil, bu həm ziyana, həm qazanca ortaqlıq prinsiplərindən irəli gəlir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar