Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur"
Baxılıb: 544 Tarix: 10-10-2019 11:08
"Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur, yalnız prioritetləri düzgün müəyyənləşdirmək və siyasi meydanda bir-birimizə dəstək verməklə bu və ya digər məsələdə birgə hərəkət etmək lazımdır".
Bunu "Report"a qazaxıstanlı politoloq İslam Kurayev deyib.Onun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında enerji sahəsində əlaqələr tarixən uğurlu olub və ölkələr həmişə enerji məsələlərində vahid mövqedən çıxış ediblər: "Qazaxıstan və Azərbaycan, ilk növbədə, qohum ölkə, yalnız bundan sonra tərəfdaşdırlar. Buna əsaslanaraq hər hansısa bir hərəkətin gen əlaqələri prizmasından keçdiyini söyləmək olar və beləliklə, münasibətlər uğurla inkişaf edir. Bu istiqamətdə fikir ayrılığımızın yaşadığı anları xatırlaya bilmirəm".
Politoloq İslam Kurayev
"Qazaxıstan Azərbaycanı nümunə götürməli və SOCAR nümunəsində Qazaxıstan şirkətlərindən birinin brendini tanıtmalıdır".
İ.Kurayev qeyd edib ki, "Bakı-Tbilisi-Ceyhan" və Cənub Qaz Dəhlizi kimi Azərbaycan layihələri gələcəkdə Qazaxıstan üçün böyük perspektiv vəd edəcək.
"Geosiyasi baxımdan bu layihələrin həyata keçirilməsində əsas məqsəd dünya bazarlarına müstəqil enerji və logistika axını yaratmaqdır. Başlanğıc nöqtə Azərbaycan olmalıdır, Qazaxıstan isə daha sonra qoşulmalı idi. Ümumilikdə, hazırkı mərhələdə Xəzər dənizinin şelfindəki mənbələrin bölüşdürülməsi ilə əlaqədar yaranmış suallara görə Qazaxıstan kənarda qalır, lakin perspektiv olaraq bunlar möhtəşəm layihələrdir", - İ.Kurayev əlavə edib.
Ekspert vurğulayıb ki, Qazaxıstan Azərbaycanı nümunə götürməli və SOCAR nümunəsində Qazaxıstan şirkətlərindən birinin brendini tanıtmalıdır: "Bu, reklama düzgün yanaşmadır, bu, dünya təcrübəsidir. Başqa ölkələrdən faydalanmaq çətin olarsa, Azərbaycan təcrübəsini bölüşə bilər. Çünki bu, sadəcə, reklam deyil, həm də vəsaitlərin düzgün bölüşdürülməsi və rasional istifadəsidir".
Ən çox oxunanlar
Son xəbərlər